Sizin reklam burada
Sizin reklam burada

DİM bakalavrlara müraciət etdi

DİM bakalavrlara müraciət etdiDövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanının II mərhələsində 53 №-li proqram üzrə imtahan verəcək bakalavrlara müraciət edib.

DİM-dən verilən məlumata görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının mayın 26-da keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər. Həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ