Sizin reklam burada
Sizin reklam burada

«ATE HÜQUQ MƏRKƏZİ»MMC-nin direktoru Telman Əzimov Eldar Əzizova səsləndi

«ATE HÜQUQ MƏRKƏZİ»MMC-nin direktoru Telman Əzimov Eldar Əzizova səsləndi «ATE HÜQUQ MƏRKƏZİ»MMC-nin direktoru Telman Əzimov Bakı şəhər, icra hakimiyyətinin başçısı Eldar Əzizova və Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərova müraciət ünvanlayıb.

Rayon sakini bildirir ki, təxminən bir aya yaxındır ki, Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində olan çoxdan inşa edilmiş binanın çöl hissəsində təmir-tikinti işləri aparılır. Binaların giriş hissələri təmir olunur. Şəhərimiz günü-gündən gözəlləşir. Bu da təqdirə layiqdir.

Çox təəssüf ki, bu tikinti-təmir işlərinin hansı şirkət tərəfindən aparılması məlum deyildir. Bu barədə aparılan tikinti sahəsində heç bir lövhə vurulmamışdır.

Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində yerləşən 154 saylı binanın 16 saylı mənzili mənim mülkiyyətimdədir. Ailəmlə birlikdə yaşayıram. Əvvəl fotoşəkildə görünən plastik materialdan səliqəli qapı var idi. Məlum olmayan tikinti şirkəti, həmin qapını çıxarıb, yerində həyət qapısına bənzər qapı qoydular. Sadə şüşələrdən ibarət olan qapıdan yaşadığım mənzilin içərisi küçədən aydın görünür. Görəsən adı bilinməyən tikinti rəhbərinin yaşadığı mənzilin qapısı sadə şüşədən ibarətdir, küçədən keçən vətəndaşlar onun evinin içərisini kənardan açıq aşkar seyr edirlər?

Otağın havasını dəyişməyə kiçik pəncərə belə qoymamışlar. Sabah yağan yağış, əsən külək nəticəsində toz torpaq mənzilə dolacaqdır.

Yuxarıda göstərilənlərə əsasən, məhkəməyə müraciət etmək üçün, təmir tikinti işlərini aparan şirkətin adı (VÖEN) hüquqi ünvanı və həmin şirkət haqqında qanuna müvafiq tədbirlər görüb, nəticəsi barədə bizə rəsmi məlumat verilməsini Sizdən xahiş edirik.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ