Sizin reklam burada
Sizin reklam burada

Diqqət: Bu yollarda təmir aparılacaq

Diqqət: Bu yollarda təmir aparılacaq15 və 16 may tarixlərində səhər saatlarından etibarən Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bundan başqa səhər saatlarından başlayaraq axşam saatlarına kimi Bakı şəhəri, Heydər Əliyev hava limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində də təmir işləri görüləcək.

Həmçinin axşam saat 22:00-dan səhər saatlarınadək Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ