Sizin reklam burada
Sizin reklam burada

Gənclər sökülən binayla bağlı etiraz etdilər - Mehriban Əliyevaya müraciət

Gənclər sökülən binayla bağlı etiraz etdilər - Mehriban Əliyevaya müraciətBakıda Süleyman Rüstəm küçəsi, 10 ünvanındakı qədim binada yerləşən "Salaam Cinema" həvəskar kinoteatrın binadan çıxarılma təhlükəsi var. Fəallar bunun ardınca binanın dağıdılacağından ehtiyat edirlər.

Bu bina 1913-cü ildə molokanların ibadət evi kimi inşa edilib. Sovet dönəmində burada Rabitə Nazirliyinin Radio Evi yerləşib.

Postsovet dövründə bina boş qalıb və faktiki olaraq sahibsiz olub.

Son vaxtlar "Salaam Cinema"nın entuziastları oranı sahmana salaraq kino nümayiş etdirirdilər.

Bir ay öncə sosial şəbəkələrdə məlumat yayıldı ki, bina söküləcək. İstifadəçilər ictimaiyyəti binanın qorunmasına, memarlıq abidəsinin sökülməsinə yol verməməyə çağırmağa başladılar.

Bazar ertəsi günün ikinci yarısında binaya polis əməkdaşları gəliblər. Onlar binanın hansısa özəl mülkiyyətçisinin nümayəndələrini müşayiət ediblər. Bu hadisənin baş verdiyi vaxt binada Avropa "İmagine" festivalı çərçivəsində seminar keçirilib.



Polis və mülkiyyətçinin nümayəndələri binanın boşaldılmasını tələb ediblər.

Lakin "Salaam Cinema"nın nümayəndələri binanın sökülməsindən ehtiyat edərək bunu etməyiblər.

Onlara qarşı güc tətbiq edilib. Bir neçə nəfər xəsarət alıb.

Bundan sonra polis və digər dövlət orqanlarının nümayəndələri danışıqlara başlayıblar və inandırmağa çalışıblar ki, bina sökülməyəcək, ancaq onu boşaltmaq lazımdır, çünki qəzalı vəziyyətdədir.
Gənclər sökülən binayla bağlı etiraz etdilər - Mehriban Əliyevaya müraciət
Fəallardan biri deyib ki, onlara rəsmi sənəd təqdim edilməlidir ki, tarixi əhəmiyyətli bina məsələsi araşdırılacaq.
Gənclər sökülən binayla bağlı etiraz etdilər - Mehriban Əliyevaya müraciət
Həmçinin fəallar binanın qəzalı olması barədə rəy verilməsini tələb ediblər.

Onlar bildiriblər ki, nə qədər ki dövlət orqanları məsələyə aydınlıq gətirməyib və binanın saxlanmasını təmin etməyiblər binanı tərk etməyəcəklər.

Bina ətrafında münaqişəli vəziyyətin yaranması ilə əlaqədar Aİ nümayəndəliyinin rəhbəri, səfir Kəstutis Yankauskas və onun müavini Denis Daniilidis hadisə yerinə gəliblər. Onlar "Salaam Cinema" nümayəndələrini dinləyiblər. Lakin diplomatlar KİV üçün şərh verməyiblər.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi bildirib ki, bina tarixi abidələr siyahısına daxil deyil.

Lakin məsələ nəzarətə götürülüb və Dövlət Xidməti binanın tarixi dəyərini öyrənəcək. Əgər tarixi abidə kimi tanınarsa, heç bir halda sökülməyəcək və tarixi görünüşünə xələl gətirilməyəcək, hətta özəl mülkiyyətdə olsa belə.

Fəallar Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək, məsələyə müdaxilə etməyi, bu tarix və mədəniyyət abidəsinin qorunmasına yardım etməyi, ondan effektiv istifadə üçün şərait yaradılmasını xahiş ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ