Sizin reklam burada
Sizin reklam burada

Tərtərdə ürək dağlayan laçınlı ailə: ata əzrayılla çarpışır, oğul kor olub... - Video

Tərtərdə ürək dağlayan laçınlı ailə: ata əzrayılla çarpışır, oğul kor olub... - VideoTərtərdə məskunlaşan laçınlı məcburi köçkün olan Həsənovlar ailəsi əzrayılla çarpışmaqdadır

Müstəqil jurnalist Xəyyam Salmanzadənin Sensasiya TV layihəsinə danışan evin xanımının sözlərinə görə, həyat yoldaşı Vidadi Həsənov ürək çatışmazlığından əziyyət çəkir, təcili stend qoyulmalıdır, oğlu Elmin Həsənli isə görmə qabiliyyətini demək olar ki, itirib, hərbi xidmətə yararsızdır, lakin ona verilən pensiyanı kəsiblər.
“Qaynanamın 85 yaşı var. Oğluna deyir ki, mənim ölən vaxtımdır, Allah sənə dəyməsin. Vidadinin ürək damarları tutulub, 2400 manat lazımdır ki, stend qoyulsun.

Bu imkan da bizdə yoxdur. Gecələr gözümə yuxu getmir, bilmirəm kimə, hara deyək, nə çarə qılaq. Həkimlər “anju” eləməlidir, buna da 460 manat lazımdır. Hansı xəstəxana pulsuz bunu edər?”, - deyə V.Həsənovun xanımı bildirir.

Onu sözlərinə görə, Laçın hərbi komissarlığı oğluna hərbi xidmətə yararsız olduğuna dair bilet verib: “Amma pensiyasını kəsdilər. Uşağın görməsi bir gözündə 4, birində 5 faizdir.

Hara aparıram işə götürmürlər ki, gözü görmür. Laçın komissarlığı belə çıxır ki, saxta bilet verib? Əgər hərbiyə yararsızdırsa niyə pensiya kəsildi?

Uşaq 64 manat pensiya alırdı. Əgər hərbiyə yararlıdırsa, mən razı, uşağı verirəm qoy gedib orduda döyüşüb ölsün...,-deyə ana göz yaşları içində üsyan edir.

O, oğlunun qırılmış eynəyini düzəltdirmək üşün 140 manat tapa bilmədiyini söyləyir. Jurnalist X.Salmanzadə isə məmurlara səslənərək həmin qırıq eynəyi əlində tutub, gözlərinə taxmağı təklif edir:

“Biz bu ailənin, bu köçkün insanların acınacaqlı vəziyyətini gördük, siz də eynəyib taxıb baxın, baxın nə görürsünüz...”

Həsənovlar ailəsi isə öz timsalında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, səhiyyə naziri Oqtay Şirəliyev, Tərtərin icra başçısı Müstəqim Məmmədov, Laçının icra başçısı Aqil Nəzərlidən kömək istəyiblər.

Onlar həm Vidadi Həsənovun müalicəsi, həm oğlunun pensiya probleminin həlli üçün dövlətdən, müvafiq qurumlardan dəstək gözləyirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ