Sizin reklam burada
Sizin reklam burada

Binəqədi İH dərhal hərəkətə keçdi - Foto

Binəqədi İH dərhal hərəkətə keçdi - FotoBinəqədi Rayon İcra Hakimiyyəti dünən saytımızda gedən “Təmiz Binəqədi”nin zibilini çıxardılar” başlıqlı yazı ilə əlaqədar operativ və təqdirəlayiq addım atıb.

İcra hakimiyyətindən Axar.az-a bildirilib ki, Binəqədi RİH rayonun təmizliyinə xüsusi önəm verdiyi üçün bu kimi məlumatları xüsusi diqqətdə saxlayır. Buna görə də ötən gün yayılan məlumatla bağlı dərhal sözügedən ərazilərə baxış keçirilib və zibilliklərin təmizlənməsi təmin edilib.

İcra Hakimiyyətindən həmçinin bildirilib ki, rayon ərazisində göydələnlərin tikintisini aparan bəzi MTK-lar təmizliyə riayət etmir. Bu da İcra Hakimiyyətinin bu yöndə gördüyü işlərin üzərinə kölgə salır:

“Buna baxmayaraq, İcra Hakimiyyəti nöqsan aşkar edilən kimi sözügedən əraziləri də təmizləyir. MTK-lara isə təmizliyə riayət etmələri ilə bağlı növbəti dəfə xəbərdarlıq edildi və ümid edirik ki, MTK-lar bundan sonra daha diqqətli olacaqlar”.

Qeyd edək ki, ötən gün saytımızda rayonun Abay Kunanbayev küçəsində tikinti aparan bəzi MTK-ların ətrafı zibilliyə çevirdiyi haqda məlumat getmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ