Sizin reklam burada
Sizin reklam burada

Əzizovun iki ay əvvəl təmizlədiyi yol yenidən zəbt olundu

Əzizovun iki ay əvvəl təmizlədiyi yol yenidən zəbt olundu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iki ay əvvəl küçədən yığışdırtdığı stol-stullar yenidən öz yerində peyda olub. 7news.az saytının yaydığı xəbərə görə, fevral ayında sakinlərin şikayəti əsasında Bakının mərkəzində, “Tarqovı”da fəaliyyət göstərən “PASSAGE 145” restoranının vətəndaşların gediş-gəliş yolunu zəbt edərək küçəyə düzdüyü stol-stullar götürülmüşdü.
Bu günlərdə restoran yenidən küçəni tutub. Təqdim olunan videodan da aydın olur ki, sakinlər üçün nəzərdə tutulan yol qəlyanxanaya çevrilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ