Sizin reklam burada
Sizin reklam burada

Prezident Qusar və Şirvana 7 milyon ayırdı

Prezident Qusar və Şirvana 7 milyon ayırdıPrezident İlham Əliyev Qusar rayonu və Şirvan şəhərinin probemlərinin həllli bağlı sərəncam imzalayıb.

Conflict.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Qusarda səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Digər sərəncamla isə Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 4 milyon manat ayrılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ