Sizin reklam burada
Sizin reklam burada

Prezident zəlzələdən zərərçəkmiş ailələrə tikilən evlərlə tanış oldu

Prezident zəlzələdən zərərçəkmiş ailələrə tikilən evlərlə tanış olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.

BakuPost xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət ediblər.

Sonra dövlət başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış oldular, ev sahibləri ilə söhbət ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ