Sizin reklam burada
Sizin reklam burada

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək  olub
Sərfəli mobil operator “Nar” ana dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən
təşəbbüslərə dəstək verməyə davam edir. Şirkət bu dəfə Azərbaycan dili və ədəbiyyatının
Türk dünyasında tədqiqinə həsr olunmuş II Beynəlxalq elmi simpoziumun tərəfdaşı olub.
Simpozium Türkiyədə fəaliyyət göstərən yeganə Azərbaycan dili və ədəbiyyatı bölüməsinin 20
illiyinə və Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub. Layihənin məqsədi Azərbaycan dilinin və
ədəbiyyatının beynəlxalq elmi müstəvidə öyrənilməsini, araşdırılmasını və təbliğini təşviq
etməkdir.
“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək  olub
Türkiyənin Qars şəhərində keçirilən simpozium Qafqaz Universitetinin təşkilatçılığı, Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qarsdakı Baş
Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Xəzər Universiteti və Qarabağ
Universitetinin tərəfdaşlığı ilə baş tutub. İki gün davam edən tədbirdə Azərbaycan, Türkiyə,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 100-dən çox alim və tədqiqatçı iştirak edib. Onlar
Azərbaycan dilinin Türk dünyasında rolu, ədəbiyyatımızın müasir tədqiqat istiqamətləri və dilin
qloballaşma şəraitində qorunması kimi mövzularda məruzələrlə çıxış ediblər.
Ana dilinə dəyər vermək və milli kimliyimizin əsas sütunu olan Azərbaycan dilinin
yaşadılmasına dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının mühüm
istiqamətlərindəndir. Mobil operator bu kimi layihələr vasitəsilə gənc nəsildə ana dilinə
sevginin və aşılanması, eləcə də, Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə
tanıdılmasına töhfə verir.
“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək  olub
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “ Nar ” son 6 il ərzində Müştəri Loyallığı
İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun
arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır.
Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksək keyfiyyətli
rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş