Sizin reklam burada
Sizin reklam burada

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
Sərfəli təklifləri və regionlara diqqəti ilə seçilən “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün təlimlər təşkil edib. Bu təşəbbüs tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onların iş bazarına hazırlığını artırmaq məqsədini daşıyır.
Təlimlərdəmobil rabitənin əsasları ilə bərabərəmək bazarında təcrübə qazanmaq, eləcə də, uğurlu karyera hədəflərinin seçilməsi istiqamətində faydalı biliklər təqdim edildi.
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
Bundan başqa, universitetin nəzdindəki Nar Laboratoriyasının avadanlıqlarının təqdimatı və işləmə prinsipləri ilə tanışlıq məqsədilə, universitetinmüəllim heyətinə xüsusi təlim keçirildi. Bu təlim sayəsində tələbələr mobil rabitə şəbəkəsini təhsil aldıqları müddətdə öz müəllimlərindən öyrənə biləcək və təhsillərini təcrübəli kadr kimi başa vuracaqlar.
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi universitetin tələbələrini əsl peşəkar kimi yetişdirərək Azərbaycanın əməkbazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir.
“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

Conflict.az

  • Sosial şəbəkədə paylaş