
Sərfəlirabitə xidmətləriilə tanınan “Nar” Füzulişəhərində, Mirzə Uluqbəyadına 1 saylı ortaməktəbin şagirdləriarasında “BöyükQayıdış” mövzusundarəsmmüsabiqəsikeçirib. Şagirdlərinyaratdığı əsərlərməktəbinaktzalındasərgilənib.

Tədbirdə məktəb və “Nar” rəhbərliyi, eləcə də YARAT Müasir İncəsənət Məkanının rəssam-kuratorlarından ibarət heyət iştirak edib.Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya və məkanın layihə meneceri LeylaAğayeva əsərləri qiymətləndirərək, gənc müəlliflərə sertifikatlar təqdim ediblər.

Şagirdlərin istedadını rəqəmsal dünyaya daşımaq məqsədilə, "Nar" müsabiqənin qaliblərinə müasir planşet və smart qələm hədiyyə edib. Bu təşəbbüslə "Nar" regionun mədəni həyatına töhfə verilməsi və yerli icmanın istedadlı gənclərinin dəstəklənməsini hədəfləyir.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. Son 6 ildə Müştəri Loyallığı İndeksi üzrə ölkənin lider mobil operatoru olan “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq sərfəli qiymətlərlə üstün xidmət təqdim edir.


Conflict.az