Sizin reklam burada
Sizin reklam burada

"Şəhid Analarına Dəstək" İctimai Birliyi Avrasiya Universitetində "Şəhid ailələri və qazilərin hüquqi təminatı" adlı görüş-tədbir keçirdi

"Şəhid Analarına Dəstək" İctimai Birliyi Avrasiya Universitetində "Şəhid ailələri və qazilərin hüquqi təminatı" adlı görüş-tədbir keçirdi
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Şəhid ailələri və qazilərin hüquqi təminatı" layihəsi çərçivəsində üçüncü görüş-tədbir Avrasiya Universitetində keçirildi. Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan növbəti tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbirin əsas məqsədi şəhid ailələri və qazilərin hüquqi təminatında mövcud problemlərin hüquqi çərçivədə həll yollarının tapılması idi. Maarifləndirmə tədbirini giriş sözü ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova açdı. Ceyran xanım gələn qonaqları salamlayaraq , tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Sonra Ceyran xanım keçirilən görüşün
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Şəhid Analarına Dəstək" İctimai Birliyinin "Şəhid ailələri və qazilərin hüquqi təminatı" layihəsi çərçivəsində maarifləndirmə tədbirlərinin artıq üçüncü görüşü olduğunu vurğuladı. Onun sözlərinə görə Xırdalan və Sumqayıt şəhərlərində keçirilən görüşlərin davamı olaraq Bakı şəhərində düzənlənmiş tədbirin əhalinin həssas qrupları olan şəhid ailələri və qazilərin hüquqi aspektdən maarifləndirilməsi istiqamətində əhəmiyyət daşıyır və belə görüşlərin mütəmadi olaraq keçirilməsi məqsədəuyğundir.
Sonra söz Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradovaya verildi. İradə xanım görüş iştirakçılarını salamlayaraq , " Şəhid Analarına Dəstək" İctimai Birliyinə Azərbaycan Respublikasının Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilən
növbəti tədbirini Nərimanov rayonu ərazisində keçirmək təşəbbüsünə görə öz təşəkkürünü bildirdi .
İradə Muradova Nərimanov rayonu ərazisində də bütün respublikamızda olduğu kimi şəhid ailələrinə xüsusi diqqətin olduğunu vurğuladı və hər zaman onların qayğı və problemlərini həll etməyə çalışdıqlarını bildirdi .

Layihənin eksperti hüquqşünas, qazi Vüqar Dadaşov şəhid ailələri və qazilərin hüquqi problemlərinin tam olaraq aradan qaldırılması üçün belə müzakirələrin tez- tez keçirilməsinin vacibliyindən danışdı.
O, müharibə iştirakçılarının sosial və hüquqi statuslarının fərqini izah edərək qeyd etdi ki, əlillik -sosial, veteranlıq isə hüquqi statusdur.
Vüqar Dadaşov çıxışına davam edərək qeyd etdi ki, döyüş gedən ərazi kimi tanınan ərazilərdə döyüşən bütün hərbiçilər veteran hesab olunur. Əlillik dərəcəsi isə onların aldığı xəsarətə görə müəyyənləşir.
Sonra layihənin eksperti , hüquqşünas Vüqar Dadaşov
tədbir iştirakçılarını düşündürən sualları cavablandırdı.
Rəsmi hissədən sonra səmimi söhbət və müzakirələr çay süfrəsi arxasında davam etdirildi.
"Şəhid Analarına Dəstək" İctimai Birliyi Avrasiya Universitetində "Şəhid ailələri və qazilərin hüquqi təminatı" adlı görüş-tədbir keçirdi
"Şəhid Analarına Dəstək" İctimai Birliyi Avrasiya Universitetində "Şəhid ailələri və qazilərin hüquqi təminatı" adlı görüş-tədbir keçirdi
Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ