Sizin reklam burada
Sizin reklam burada

“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “Qadına qarşı zorakılığın aradan qaldırılması№ mövzusunda 7 saylı Bakı Peşə Kollecində tədbir keçirdi

“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “Qadına qarşı zorakılığın aradan qaldırılması№ mövzusunda 7 saylı Bakı Peşə Kollecində tədbir keçirdi
Bu gün (19.10.1022)Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi həyata keçirdiyi “Qadına qarşı zorakılığın aradan qaldırılması istiqamətində tədbirlərin təşkili “ layihəsinə çərçivəsində 7 saylı Bakı Peşə Kollecində tədbir keçirdi.
Qadın və Uşaqların Innovativ Maarifləndirməsinə Dəstək "İctimai Birliyin Sədri, layihənin rəhbəri Aynur Zülfüqarova layihənin məqsədi və məramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Bildirdi ki, şiddət və zorakılıq halları günümüzün aktual mövzularından biridir. Bu layihəyə maliyyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdikdən sonra sözü layihənin eksperti, Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı, elmi işçisi Fatimə Zülfüqarovaya verdi.
Fatimə Zülfüqarova ailədə və cəmiyyətdə baş verən zorakılıq hallarını, şiddət göstərilməsinin baş vermə səbəbləri, onlardan yaranan nəticələr, şiddət hallarının qarşısının alınması ilə bağlı görüləcək işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Gənclərin bu mövzuda suallarını cavablandırdı.
Tədbirdə 7 saylı Bakı Peşə Kollecinin direktoru Elsevər Salayev və məktəbin psixoloqu Cəfərova Naibə də iştirak etdi. Onlar da şiddət və zorakılıqla bağlı öz fikirlərini bölüşdülər, tədbiri yüksək qiymətləndirdilər və bu cür tədbirlərin keçirməsinin vacib olduğunu qeyd etdilər.

2 ay müddətində (01.09.2022-01.11.2022 ) icra olunacaq layihə çərçivəsində müxtəlif təhsil müəssisələrini təmsil edən, əsasən qadınlarla işləyən 30 nəfər təlimlərə cəlb olunması, həmin 30 nəfərə 5 ayrı mövzuda seminarlar keçirilməsi nəzərdə tutulur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ