Sizin reklam burada
Sizin reklam burada

Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində ilk təlim keçrildi

Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində ilk təlim keçrildi
Martın 12 də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk təlim keçrildi.
İlkin olaraq, Layihə barəsində və qarşıda duran vəzifələr haqqında Layihənin rəhbəri Pərvanə Talıbova, təlimlərin və dərnəklərin əhatə edəcəyi mövzular barədə isəTəlimçi Nüşabə Mehtiyeva məlumat verdi.Təlim zamanı oxunun əhəmiyyətindən bəhs edən filmdən fraqmentlər göstərildi.Təlimçi oxunun tarixi haqqında məlumat verdi. Ziqzaq üsulundan istifadə edərək uşaqlar arasında əməkdaşlıq və səmərəli oxu mühiti yaradıldı.
Xatıladaq ki, çərçivəsində 10 təlim keçirilək və 6 dərnək təşkil ediləcək.
Layihənin məqsədi gənclərdə və yeniyetmələrdə milli şüuru formalaşdırmaq uçün oxu mədəniyyətini inkişaf etdirməkdir.
5 təlimin keçiriləcəyi və 3 dərnəyin təşkil ediləcəyi ilk ünvan Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 33 saylı tam orta məktəbdir.
5 təlimin keçiriləcəyi və 3 dərnəyin təşkil ediləcəyi ikinci ünvan isə Zəngilan rayon 4 saylı tam orta məktəbdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş