Əli Cəfərov: “Daha çox öyrənən şagird Azərbaycanın gələcəyində özünü təsdiqləyəcək onlarla, yüzlərlə savadlı, vətənpərvər soydaşımız deməkdir”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsinə start verdi.
Bu haqda ictimai birliyin rəhbəri Əli Cəfərov jurnalistlərə məlumat verib.
O , jurnalistlərə bildirib ki, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentlıyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olub. Bununla bağlı ədalətli mövqeyinə görə Agentliyə öz təşəkkürünü bildirən layihə rəhbəri onu da bildirib ki, əsasən yeniyetmə gənclərin maariflənməsini hədəfləyən layihənin icrasını Bakı şəhəri ərazisində keçirməyi planlaşdırıblar.
Layihədən gözləntilər haqqında danışan birlik sədri söylədi kı, mövzunun ana xəttini istisnasız olaraq vətənpərvərliyin təbliği təşkil edir. Konkret məqsədlərə gəlincə isə onun həyata keçirilməsindən əsas məqsəd Zəfər tariximizin təfsilatlı şəkildə orta məktəb şagirdləri və digər yaş qrupundan olan vətəndaşlarımızın şüurunda daha da möhkəmlənməsinə nail olunması, yanaşı olaraq yüksək intellektual potensiallı Azərbaycan gəncliyinin yetişdirilməsi prosesinə təkan vermək, vətənpərvərlik ideologiyasından istifadə etməklə daxili aləmlərində böyük yaradıcı potensialları gizlənən şagirdlərin fitri qabiliyyətlərinin üzə çıxarılması üçün münbit şəraitin yaranmasında vasitəçi olmaq, eləcə də innovativ resurslardan istifadə edərək haqq işimizi, Qarabağdakı Zəfərimizi və bu zəfəri zərurətə çevirən amilləri faktların dili ilə ölkəmizdə və dünya arenasında müdafiə edə biləcək Azərbaycan vətəndaşlarının yetişdirilməsi prosesinin bilavasitə iştirakçısı olmaqdan ibarətdir.
Əli Cəfərov layihənin yalnız yuxarıdakı məqsədlərə xidmətlə kifayətlənməyəcəyini, daha dərin qatlara nüfuz edərək Qarabağ savaşının ayrı-ayrı elementlərinin detallarını şagirdlərə anlatmaqla bu savaşın müqəddəsliyini önə çıxartmaq və torpaqlarımızın qorunmasının daim diqqət mərkəzində saxlanmasına nail olacağını stimullaşdırmaq niyyətindədir.
O, eyni zamanda yeniyetmə gənclərin media, internet vasitəsilə maarifləndirilməsi və bütün ictimaiyyətin diqqətini ölkənin əsas probleminin mahiyyətinə yönəltməklə, onların özlərini də bir növ bu vətənpərvərlik təşəbbüslərinin təbliğatçısına çevirmək istəyir. Bunun üçün onların layihə vasitəsilə praktiki bilgiləndirilməsinə nail olmaq niyyətini ortaya qoyur.
Layihə çərçivəsində keçirilən tədbirlərin nəticəsinə toxunan layihə rəhbəri bildirdi kı, yeniyetmələrin Zəfər günü, eləcə də 44 günlük Vətən müharibəsi barədə daha çox bilgilər əldə edə biləcəyinə əminik. Ona görə də “daha çox öyrənən şagird Azərbaycanın gələcəyində özünü təsdiqləyəcək onlarla, yüzlərlə savadlı, vətənpərvər soydaşımız deməkdir!” devizi ilə bu layihəni həyata keçirmək niyyətindədirlər.
Conflict.az