Sizin reklam burada
Sizin reklam burada

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan yol-nəqliyyat qaydalarına əməl edilməsi tələb edilir

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan yol-nəqliyyat qaydalarına əməl edilməsi tələb edilir
Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postunun təminatı haqda ermənilər paylaşım edib.
Axar.az xəbər verir ki, erməni ombudsman Arman Tatoyan postun 9 sentyabrda qurulduğu, 11 sentyabrdan fəaliyyətə başladığını qeyd edib.
Bildirilib ki, postda 10 videokamera quraşdırılıb. Bu kameralar maşınların nömrələrini qeydə alır və Azərbaycan ərazisinə kimlərin girib-çıxdığını dəqiq müəyyən edir.
Postda daimi olaraq polislərlə bərabər, tam silahlanmış və maskalanmış 4 əsgər xidmətdə olur.
Postda sürət həddini keçməyə, kəmər taxmamağa və s. səbəblərə görə xüsusilə əcnəbi sürücülər saxlanılır. Bu isə o deməkdir ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan yol-nəqliyyat qaydalarına əməl edilməsi tələb edilir.
Həmçinin postda müxtəlif gömrük və vergi rüsumlarının tətbiq edildiyi də bildirilir.
İddiaya görə, şübhəli yük daşıyan İran maşınlarının hərəkəti tam yoxlanılana qədər dayandırılır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ