Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov rayon sakini, jurnalist Beyrək Hüseynovun sosial şəbəkə hesabından RİHB-nin fəaliyyəti ilə bağlı tənqidi paylaşımlarına etiraz olaraq onu məhkəməyə verib. İcra başçısı məhkəmə qaydası ilə jurnalistdən 100 000 min manat təzminat tələb edir. B.Hüseynovun bildirdiyinə görə o, rayonla bağlı ona verilən məlumatları sosial şəbəkə seqmentində sətiraltı sarkizmlə ictimailəşdirirmiş. Jurnalist onu da qeyd edir ki, cəmiyyətdəki problemləri ictimailəşdirmək onun peşə borcudur. B.Hüseynov ölkə başçısının ictimai nəzarətin vacibliyi ilə bağlı çağırışına əsaslanaraq fəaliyyət göstərdiyini iddia edir.
Sayta təqdim edilən məlumatda o, da qeyd edilir ki, jurnalist rayonun ictimai həyatında kifayət qədər fəal iştirak edir. Və o, fəaliyyətini Azərbaycan Respublikası Konstitiusiyasının 47-ci maddəsinə əsaslanaraq icra etdiyini bildirir. B.Hüseynov onu da iddia edir ki, 1995-ci ildən atasına məxsus həyətyanı sahədə tikilən evləri ilə bağlı ailəyə göndərilən, həmin tikilinin qanunsuz olduğu qeyd olunan məktubda ailənin 800 manat cərimə olunması onun jurnalist fəaliyyəti ilə bağlıdır və qərəzlidir.
Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərin də qanunla müəyyən olunmuş hüquqlarını tanıyır və münasibətlərini dərc etməyə hazırdır.
Conflict.az