Sizin reklam burada
Sizin reklam burada

"Türkiyə ilə dialoqumuza başladıq"

"Türkiyə ilə dialoqumuza başladıq"
Dünən - mayın 26-da “İrəvan dialoqu” ikinci beynəlxalq forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə “İnklüziv əməkdaşlıq vasitəsilə Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik çağırışlarının idarə edilməsi” adlı panel müzakirəsi keçirilib.
Bu haqda “Armtimes” nəşri məlumat yayıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, panel müzakirəsində Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Fələstinin xarici işlər və miqrasiya üzrə dövlət naziri Varsen Ağabekyan, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçani, Türkiyənin Beynəlxalq Böhran Qrupunun proqram rəhbəri Nigar Göksel də iştirak ediblər.
“Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişi həm də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması üçün bir fürsətdirmi?” sualını cavablandırarkən Ararat Mirzoyan belə deyib:
"Qısaca desək, bəli. Amma mən Ankaranın rəsmi mövqeyinə də münasibətimi bildirmək istəyirəm. Biz Türkiyə ilə dialoqumuza başladıq, həm biz, həm də türk tərəfdaşlarımız nəzərə alaraq və açıq şəkildə bəyan edirik ki, bu proses heç bir ilkin şərt olmadan baş verməlidir. İndi demək istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında dialoqun o qədər də problemli olmadığını görməkdən məmnunuq.
İndi biz o yerə gəlib çatmışıq ki, bu günlə sabah arasında, nəhayət, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açıla bilməsini, kommunikasiya probleminin həll oluna bilməsini əngəlləyə biləcək yeganə şey Ermənistanla Azərbaycan arasında danışıqların və dialoqun yarımçıq vəziyyətdə olmasıdır. Baxmayaraq ki, mənim şəxsi münasibətim və qiymətləndirməm belədir ki, əgər Türkiyə ilə sıçrayış əldə edə bilsək, o zaman bu irəliləyiş, şübhəsiz ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına çox böyük müsbət təsir göstərəcək

Conflict.az

  • Sosial şəbəkədə paylaş