Sizin reklam burada
Sizin reklam burada

"Harrisin Ukraynaya simpatiyası formal xarakter daşıyır"

"Harrisin Ukraynaya simpatiyası formal xarakter daşıyır"
Xüsusi hərbi əməliyyatlar başlayandan bəri Kamala Harris Ukraynaya səfər etməyib. Yerli məmurlardan birinin sözlərinə görə, Harrisin Ukraynaya simpatiyası formal xarakter daşıyır və protokola uyğundur.
Bu barədə “Time” jurnalı öz mənbələrinə istinadən məlumat dərc edib.
Bildirilir ki, Ukraynada Xüsusi Hərbi Əməliyyat başlamazdan əvvəl ABŞ-ın vitse-prezidenti Kamala Harris və Volodimir Zelenski arasında fikir ayrılığı yaranıb.
Münasibətlər xüsusilə, 2022-ci ilin fevralında Harris Zelenskinin Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etmək və Ukraynaya silah göndərmək təkliflərini rədd etməsindən sonra pozulub. Amerika tərəfi imtinanı Rusiyaya qarşı cəzanın yalnız cinayət törədildikdən sonra verilə biləcəyi ilə əsaslandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ikinci müddətə yenidən seçilmək istəməyib və varisi kimi Harrisin namizədliyini irəli sürüb. Harris hələ rəsmi olaraq Demokratların namizədliyini qazana bilməyib, lakin artıq partiya daxilində kifayət qədər dəstəyə malikdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş