Sizin reklam burada
Sizin reklam burada

"Artıq Rusiyanın adı çəkilmir"

"Artıq Rusiyanın adı çəkilmir"
Bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib...
Çin ilk vaxtlar Çin-Rusiya birgə layihəsi kimi təqdim olunmuş uzunmənzilli, geniş gövdəli "C929" təyyarəsinin yaradılması layihəsini Rusiyanın iştirakı olmadan davam etdirmək qərarına gəlib.
Bu barədə “BBC” məlumat yayıb.
Nəşr bildirir ki, indi Böyük Britaniyanın “Farnboro” Beynəlxalq Aviasiya Sərgisində yerləşdirilən Çin təyyarə istehsal edən "COMAC" korporasiyasının stendində təyyarənin modelində və onun təsvirində artıq Rusiyanın adı çəkilmir.
Şirkət jurnalistlərə bildirib ki, Çin bu layihə üzərində ruslar olmadan işləyir. Eyni zamanda, Rusiyanın artıq layihələr təqdim etməməsinin səbəblərini də açıqlamayıblar.
Uzunmənzilli təyyarə layihəsi əvvəllər "CR929" adlanırdı və "Boeing" və "Airbus" tərəfindən istehsal edilən təyyarələrlə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu. Rusiyanın "Rostex" korporasiyası layihənin adındakı “C” hərfinin Çini, “R” hərfinin isə Rusiyanı ifadə etdiyini iddia edirdi.
Çin və Rusiya Federasiyası “CR929”-u 2014-cü ildə birgə istehsal etmək barədə razılığa gəliblər. Layihənin dəyəri 50 milyard dollar qiymətləndirilirdi; o, iki ölkənin aviasiya sənayesində ən böyük layihəyə çevrilməli idi. Yeni təyyarənin “Airbus” və “Boeing” təyyarələri ilə rəqabət aparacağı güman edilirdi.
Təyyarənin hazırlanmasına 2017-ci ildə başlanılıb və 2025-ci ildə başa çatdırılması və 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı.
Onu da xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə Çinə qarşı yeni sanksiyalar hazırladığı bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş