Sizin reklam burada
Sizin reklam burada

"Məqsədimiz Ukraynanın qələbə qazanmasıdlr"

"Məqsədimiz Ukraynanın qələbə qazanmasıdlr"
Vaşinqton administrasiyası ABŞ Konqresinin Nümayəndələr Palatasını Ukrayna ilə bağlı strategiyası ilə tez bir zamanda tanış etmək niyyətindədir.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
“Açılış sözümdə dediyim kimi, bizim məqsədimiz Ukraynanın qələbə qazanması, qələbəyə can atdıqca çiçəklənməsidir. Və mən bilirəm ki, biz Palataya bir strategiya təqdim etməliyik. Biz bunu mümkün qədər tez etmək üçün çalışırıq”, - deyə o bildirib.
Konqresdəki respublikaçılar əvvəllər dəfələrlə prezident Cozef Baydenin rəhbərlik etdiyi administrasiyanı Ukraynadakı fəaliyyəti ilə bağlı dəqiq strategiya və ya münaqişəyə son qoymaq planını təqdim etmədiyinə görə tənqid ediblər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş