Sizin reklam burada
Sizin reklam burada

"Belə bəyanatları nəzərə alırıq"

"Belə bəyanatları nəzərə alırıq"
Almaniya XİN bəyan edib ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Medvedevin Berlinin Kiyevə "Taurus" raketlərini tədarük edəcəyi təqdirdə Almaniyanın müdafiə zavodlarına zərbələri Moskva tərəfindən qanuni hesab edilə biləcəyi barədə sözlərini nəzərə alır.
Bu barədə AFR XİN nümayəndəsinə istinadən SİTA agentliyi məlumat yayıb.

"Biz belə bəyanatları nəzərə alırıq, bu qədər", - Almaniya XİN əməkdaşı məlumat verib və əlavə edib ki, AFR hakimiyyəti Rusiyaya "Ukraynada müharibəyə son qoymağa və təhdidlərdən çəkinməyə" çağırış edir.

Oktyabrın 1-də "Rusiyanın döyüşkən bloger" Dmitri Medvedev "Böyük Britaniyanın yeni peyda olan ağıldankəm müdafiə nazirinin" və "adı çətinliklə tələffüz edilən AFR-in müdafiə komitəsinin başdanxarab rəhbərinin" Ukraynanın öz ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizəsinə kömək etmək niyyətləri ilə bağlı növbəti qəzəbli post dərc edib.

"NATO ölkələrində rəhbər vəzifədə olan əbləhlərin sayı artmaqdadır, - Medvedev özünün "Teleqram-kanal"ında yazıb. - Hər halda bu ağıldankəmlər bizi üçüncü dünya savaşına sürükləyir".

Medvedevi narazı salan Britaniya müdafiə naziri Qrant Şappsın ukraynalı əsgərlərin təliminin Ukrayna ərazisinə keçirmək barədə niyyəti olub. Məhz buna görə də Medvedev Birləşmiş Krallığın müdafiə naziri barədə qeyri-diplomatikcəsinə "yeni peyda olan ağıldankəm", Ukraynaya gələcək britaniyalı təlimatçılarını isə "Rusiya Silahlı Qüvvələri üçün tamamilı qanuni hədəf" adlandırıb.

Medvedev həmçinin AFR parlamentinin müdafiə üzrə komitəsinin sədri Mari-Aqnes Ştrak-Simmermanın
beynəlxalq hüququn Ukraynaya Rusiya ərazisində hərbi hədəflərə zərbələr endirməyə icazə verməsi, belə zərbələr üçün Ukrayna Silahlı Qüvvələrinin "Taurus" raketlərindən istifadə edə biləcəyi barədə bəyanatını topa tutub.

"Belə olan halda bu raketləri istehsal edən alman zavodlarına zərbələr beynəlxalq hüquqa tamamilə uyğun olacaq", - Medvedev Ştrak-Simmermanın sözlərini şərh edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş