Sizin reklam burada
Sizin reklam burada

"Avropa və Amerikanın fəaliyyətsizliyinin səbəbləri əsasən geosiyasidir"

"Avropa və Amerikanın fəaliyyətsizliyinin səbəbləri əsasən geosiyasidir"
Azərbaycan Respublikasının 3 ilə yaxındır ki, faktiki Rusiyanın nəzarətində və bu imperiyanın artıq 33-cü ildir ki, qondarıb himayə etdiyi separatçı-terrorçu rejimin işğalı altında olan ərazisindəki keçmiş baş separatçı Arayik Arutyunyan öz “Facebook” səhifəsində istefa verməzdən əvvəl “CNN” telekanalına verdiyi müsahibəsini dərc edib.
“Son zamanlar demək olar ki, bütün aparıcı beynəlxalq media Artsaxın blokadasına toxunub. Bu silsilədə “CNN”-in bugünkü nəşri mühüm yer tutur, müəllifin suallarını respublika prezidentliyindən istefa verməmişdən əvvəl cavablandırmışam”-deyən Araik həmişəki kimi Qarabağdakı haykların guya “blokada”da olmasıyla bağlı Azərbaycana qarşı böhtan və hədyanlar söyləyib.
Keçmiş separatçıbaşı sözügedən müsahibəsində Avropa İttifaqı və ABŞ-ın “blokada”ya münasibətindən şikayətlənib.
“Aİ və ABŞ-ın reaksiyasından məyus oldum. Avropa və Amerikanın fəaliyyətsizliyinin və uğursuzluğunun səbəbləri əsasən geosiyasidir və o cümlədən Azərbaycandan enerji asılılığıdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş