Sizin reklam burada
Sizin reklam burada

"Televiziyalar üzərindən mesaj göndərməyi yanlış hesab edirəm"

"Televiziyalar üzərindən mesaj göndərməyi yanlış hesab edirəm"
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu CHP sədrliyinə namizəd olub-olmayacağı sualına cavabdan yayınıb.
O, “böyük dəyişiklik” fikrində qərarlı olduğunu bildirib.
“Mənim namizəd olduğum tək bir şey var: ölkəmizdə, eynilə İstanbulda olduğu kimi, böyük bir dəyişiklik” - İmamoğlu deyib.
CHP sədri Kamal Kılıçdaroğlunun Əkrəm İmamoğlunun qurultayda partiya sədrliyinə namizəd ola biləcəyi haqda mediaya açıqlaması istiqamətində sualı isə bələdiyyə sədri belə cavablandırıb: “Ekranlar və televiziyalar üzərindən, başda partiyamın sədri olmaqla, ayrı-arı fərdlərə mesaj göndərməyi yanlış hesab edirəm. Buralardan mesaj göndərməkdənsə, üz-üzə müzakirənin daha doğru və tutarlı olacağını düşünürəm”.
Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu qurultayda Əkrəm İmamoğlunun partiya sədrliyinə namizədliyinə qarşı olmadığını, ancaq İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyini digər partiyaya verməyi də doğru saymadığını açıqlamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş