Sizin reklam burada
Sizin reklam burada

“ABŞ Ukraynaya təzyiq edir”

“ABŞ Ukraynaya təzyiq edir”
ABŞ rəsmiləri Ukraynanı döyüşlərdə daha fəal olmağa çağırır, çünki Kiyevin sonradan kömək alması çətinləşəcək.
Bu barədə rəsmilərə istinadən “Washington Post” qəzeti məlumat yayıb.
ABŞ və müttəfiqlərinin Ukraynaya son yardımı ilə Ağ ev hesab edir ki, Kiyev müharibənin gedişatını qəti şəkildə dəyişə bilər. Rəsmilərdən biri bildirib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyasının fikrincə, gələcəkdə Konqresdən indiki qədər yardım istəmək çətin olacaq.
“Biz Ukrayna rəhbərliyini nəyisə əbədi edə bilməyəcəyimizə inandırmağa çalışacağıq” - deyə nəşr rəsmilərdən birinin sözlərini sitat gətirib.
Nəşrin yazdığına görə, Bayden və müşavirləri hesab edirlər ki, Kiyev hazırkı yardım paketini tükəndirdikdə ona dəstək olmaq çətinləşəcək. Qəzet qeyd edib ki, bu gələn ilin yayında baş verə bilər.
Rəsmilərin sözlərinə görə, Ukrayna Baxmutu müdafiəsinə xeyli resurs xərcləyir. Onlar iddia edirlər ki, Ukrayna Prezidenti Volodimir Zelenski şəhərə simvolik anlam verir və onun itirilməsinin Ukraynanın mənəviyyatına zərər verəcəyinə inanır.
“Baydenin köməkçiləri deyirlər ki, onlar ən yaxşı hərəkət kursu üzərindədirlər: Ukrayna danışıqlar masasına oturmazdan öncə yaxın aylarda mümkün qədər çox ərazini tutmağa şərait yaratmaq” - materialda bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş