Sizin reklam burada
Sizin reklam burada

"Putini hərbi cinayətə görə məsuliyyətə cəlb etmək üçün səy göstərəcəyik”

"Putini hərbi cinayətə görə məsuliyyətə cəlb etmək üçün səy göstərəcəyik”
“Ağ Ev bu həftənin sonunda Ukraynaya əlavə yardım elan edə bilər. ABŞ Rusiya prezidenti Vladimir Putini istənilən hərbi cinayətə görə məsuliyyətə cəlb etmək üçün səy göstərəcək”.
“CNN”-in verdiyi məlumata görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Eyni zamanda, Ağ Evin spikeri paketdə ukraynalılar üçün tankların olub-olmayacağı sualına cavab verməyib.
“ABŞ-dan Ukrayna üçün əlavə təhlükəsizlik hərbi yardım paketləri, əlavə silahlar və vəsaitlər barədə məlumatı, bəlkə də bu həftənin sonuna kimi eşidəcəksiniz. Biz hərbi yardımları Ukraynanın ehtiyaclarına uyğun olaraq dəyişdirməyə davam edəcəyik. Bunu təmin edə bilməsək, digər müttəfiqlər və tərəfdaşlarla işləyəcəyik”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ