Sizin reklam burada
Sizin reklam burada

"Hərbi ritorika diplomatiya ilə məğlub edilməlidir"

"Hərbi ritorika diplomatiya ilə məğlub edilməlidir"
1960-cı illərdə olduğu kimi, hərbi ritorika diplomatiya ilə məğlub edilməlidir. Tərəflərin bütün dünyanın rifahı naminə güzəştə getmələri lazımdır.
Bu barədə “The Washington Post” qəzetində dərc olunmuş məqalədə deyilir. Nüfuzlu nəşrin qənaətincə, dünyadakı nüvə qarşıdurmasını yalnız danışıq yolu ilə həll etmək olar.
"Bu ilin oktyabrında ABŞ və Sovet İttifaqı arasında 13 günlük qarşıdurmaya çevrilən Kuba Raket Böhranından 60 il ötür. Hazırda biz yenidən nüvə gücləri arasında münasibətlərin kritik gərginlik nöqtəsinə yaxınlaşdığını müşahidə edirik. Amma keçmişin dərsləri mövcud vəziyyətdən çıxış yolu tapmağa kömək edə bilər - “The Washington Post” yazır.
“Yadda saxlamalıyıq ki, heç bir halda nüvə silahından bir daha istifadə edilməməlidir. Belə bir gərgin məqamda tarixin dərslərini, eləcə də Ronald Reyqan və Mixail Qorbaçovun 1985-ci ildə “Nüvə müharibəsində qalib ola bilməz” bəyanatını xatırlatmaq lazımdır”- nəşr qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş