
Rusiya Federasiyası və ABŞ prezidentlərinin avqustun 15-də Alyaskada keçirilən sammiti göstərdi ki, indiki Amerika administrasiyası Ukrayna ətrafında uzunmüddətli və dayanıqlı nizamlanmanın tapılmasına yönəlib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalında Nailə Əsgərzadəyə müsahibəsində deyib.
“Orada çox yaxşı ab-hava var idi və bu, prezidentlərin danışıqlardan sonra verdiyi bəyanatlarda öz əksini tapıb”, - o bildirib.
Lavrovun sözlərinə görə, Alyaskada faydalı söhbət olub.
O əlavə edib ki, Tramp və komandası xüsusilə Alyaskadakı görüşdən sonra Ukraynada nizamlanma məsələsinin həllinə çox daha dərindən yanaşmağa başlayıb.
Conflict.az