Sizin reklam burada
Sizin reklam burada

"Sülh müqaviləsi bu il imzalana bilər"

"Sülh müqaviləsi bu il imzalana bilər"
Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi bu il imzalana bilər.
Bunu politoloq Aleksandr Rar “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Politoloq iki ölkə arasında artıq müəyyən irəliləyişlərin olduğunu bildirib.
“Biz bəzi müsbət qərara doğru millimetr irəliləyirik. Fikrimcə, bu il sülh müqaviləsi imzalanacaq. Cəmi bir həftə əvvəl hər şey tamamilə fərqli görünürdü. Düşünürəm ki, həlledici məqam Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş oldu”, – siyasi şərhçi əlavə edib.
A.Rar əsas problemin Avropanın bu planla razılaşıb-razılaşmayacağı olduğunu vurğulayıb:
“Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda Trampla apardığı danışıqlar zamanı Rusiya ilə ərazi mübadiləsi variantını istisna etməyib. Lakin o, konstitusional məhdudiyyətləri aşmağın çətinliyini də qeyd etdi”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş