
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə qalan və qələbəyə üçün inamla çalışan ukraynalılara təşəkkür edib.
O, bu barədə videomüraciətində məlumat verib.
"Qarşıda həqiqətən çətin bir yol var. Təəssüf ki, evinizi terrorçuların işğalından qoruyanda başqa cür mümkün deyil. Amma o da aydındır ki, qarşıda dövlətimizin uğurları var. Ukrayna özünü müdafiə edə biləcək. Ukrayna bacaracaq. Ukrayna bütün xarici siyasət məqsədlərini həyata keçirə biləcək” - o qeyd edib.
Zelenski vurğulayıb ki, milyonlarla insan bunun üçün - hər biri öz səviyyəsində səmimi şəkildə çalışdıqda, nəticə mütləq olacaq.
"Bilirsiniz, mən nədənsə Ukraynada işləyən sadə insanlara çox nadir hallarda təşəkkür edirdim. Hansı ki, hər şeyə baxmayaraq, burada qalırlar. Hər gün işini görənlər. Ukraynaya inamla, qələbəyə inamla. İndi hamınıza təşəkkür etmək istəyirəm. Bizə sahib olduğunuz üçün təşəkkür edirik” - deyə dövlət başçısı bildirib.
Conflict.az