Sizin reklam burada
Sizin reklam burada

"Döyüşlər ölkələrin bir-birinin iqtisadi və hərbi tükənməsinə yönəldiləcək"

"Döyüşlər ölkələrin bir-birinin iqtisadi və hərbi tükənməsinə yönəldiləcək"
Ötən həftə Rusiya-Ukrayna müharibəsinin 100 günü geridə qaldı. Fevralın 24-də başlayan savaş indiyədək davam edir. Hər iki tərəf döyüş meydanında çoxsaylı itkilər versə də, nə Rusiya, nə də Ukrayna geri çəkilir. Kiyev və Moskva sonadək vuruşacaqlarını bəyan ediblər.
Bundan sonra müharibənin taleyi necə olacaq?
Ukraynalı və rusiyalı ekspertlər bu barədə Modern.az-a danışıblar.
Ukraynalı politoloq Oleq Starikovun sözlərinə görə, artıq müharibə tədricən strategiyasını dəyişir. O hesab edir ki, əməliyyatlar payıza qədər davam edəcək.
“Ukraynada müharibə düşmənin hərbi və iqtisadi cəhətdən boğulmasına yönəlmiş “yavaş” strategiyaya çevrilib. Rusiya Silahlı Qüvvələri atəş gücünə arxalanaraq “məhdud manevr” taktikasına keçib, Ukrayna Silahlı Qüvvələri isə dəyişməz qalıb. Şərq cəbhəsində hərbi əməliyyatlar aktiv olaraq davam edir. Əslində, bu döyüşlər ölkələrin bir-birinin iqtisadi və hərbi tükənməsinə yönəldiləcək yeni əhəmiyyətli döyüş taktikasıdır. Bu əməliyyatlar güman edirəm ki, payıza qədər davam edəcək”, - deyə ukraynalı ekspert bildirib.
Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin qeyd edib ki, Rusiyanın xüsusi hərbi əməliyyatı qarşıya qoyulan vəzifələri kifayət qədər uğurla həyata keçirir, lakin hərbi savaş "azad edilmiş" ərazilərlə məhdudlaşmayacaq.
“Növbəti mərhələdə Odessa, Nikolayev, Xarkov vilayətləri nasizmdən azad ediləcək. Hələlik Donbass Xalq Respublikası, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olması ilə bağlı referendumun tarixi açıqlanıb. Amma bu il Cənub-Qərb Federal Dairəsi yaradılacaq.
İkinci seçim Rusiyanın yüksək rütbəli siyasətçiləri və məmurlarının Xerson vilayəti ərazisinə səfərlərini, bərpa proqramlarının hazırlanmasını, büdcə vəsaitlərinin ayrılmasını təmin etməkdir. Bununla Ukraynanın azad edilmiş vilayətləri federal ərazi statusu ala bilər. Bu o deməkdir ki, mövcud statusu yenisinə dəyişmək çətin olmayacaq. Ssenarilərdən hansına üstünlük veriləcəyini yaxın vaxtlarda biləcəyik”, - rusiyalı politoloq vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş