Sizin reklam burada
Sizin reklam burada

“Sovet İttifaqı artıq mövcud deyil"

“Sovet İttifaqı artıq mövcud deyil"
“Avropanın təhlükəsizlik arxitekturasında dəyişiklik bütün tərəflərə fayda verə bilər”.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

Borrell qeyd edib ki, 1975-ci ildə Helsinkidə keçirilən Ümumavropa görüşündən sonra çoxlu dəyişikliklər baş verib:

“Sovet İttifaqı artıq mövcud deyil. Ona görə də bu məsələlərin müzakirəsində məqsəd Rusiyadırsa, biz gündəmi dəyişməliyik və müzakirələrdə iştirakçıların sayını artırmalıyıq. Avropa İttifaqı Avropanın təhlükəsizlik strukturuna yenidən baxılması ilə razılaşır, lakin danışıqların gündəliyini dəyişmək və onların iştirakçılarının sayını artırmaq lazımdır.

Yanvarın 24-də, bazar ertəsi, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Bu gündən öz təkliflərimizi hazırlayacağıq. Təhlükəsizliyin arxitekturası ilə bağlı təkliflərimiz lazım olarsa, hazır olmalıdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş