Sizin reklam burada
Sizin reklam burada

"Büdcə ölkənin iqtisadi dirçəlişinə maneədir”

"Büdcə ölkənin iqtisadi dirçəlişinə maneədir”
“Uzun müddətdir ki, hakim “Svetofor” koalisiyasında mübahisə predmetinə çevrilən büdcə məsələsi ölkənin iqtisadi dirçəlişinə maneədir”.
Bunu Vitse-kansler, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek deyib.
“Mübahisə son dərəcə ciddi ziyana səbəb olub ki, bu da Almaniyada iqtisadi dirçəlişə xələl gətirir. Almaniya iqtisadiyyatı hazırda zəif iqtisadi artım yaşayır. “Svetofor” iqtisadiyyatın stimullaşdırılması üçün tədbirlər paketi qəbul etməyi planlaşdırır.
Lakin bunların heç biri hələ də həyata keçirilməyib. İqtisadiyyat Nazirliyinin rəhbəri, maliyyə naziri Kristian Lindner və kansler Olaf Şolts 2025-ci ilin büdcəsi ilə bağlı çətin danışıqlar aparıb və nəticədə kompromis əldə olunub. Bununla belə, büdcə layihəsində hələ də milyardlarla avro dəyərində boşluqlar var”, - deyə o qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş