Sizin reklam burada
Sizin reklam burada

Dünyada təbii qaz ehtiyatlarının təxminən beşdə biri Rusiyadadır

Dünyada təbii qaz ehtiyatlarının təxminən beşdə biri Rusiyadadır
Rusiyanın cari hasilat səviyyəsində çıxarıla bilən təbii qaz ehtiyatları 100 ildən çox, neft ehtiyatları isə təxminən 64,5 il ərzində kifayət edəcək.
TASS xəbər verir ki, bu barədə Rusiyanın təbiət naziri Aleksandr Kozlov məlumat verib.
Hazırda Rusiyada karbohidrogen xammalının geoloji öyrənilməsi, kəşfiyyatı və hasilatı üzrə 4 052 lisenziya qüvvədədir.
Təbiət Nazirliyi xatırladıb ki, dünyada təbii qaz ehtiyatlarının təxminən beşdə biri - 63,5 trilyon kubmetri Rusiyadadır. Ölkə neft ehtiyatlarının həcminə görə, yəni 31,4 milyard tonla beşinci yerdədir", - məlumatda qeyd olunub.
Bildirilib ki, “Parusovoe”, “Severo-Parusovoe” və “Semakovskoe” yataqlarının istismara verilməsi planlaşdırılır. Onların ümumi ehtiyatları 450 milyard kubmetrdən çox qaz və 7 milyon tondan çox maye karbohidrogendir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş