Sizin reklam burada
Sizin reklam burada

"Ermənistanda ümumi yoxsulluq göstəricisi 23,7 %-dir"

"Ermənistanda ümumi yoxsulluq göstəricisi 23,7 %-dir"
Ermənistanın kəndlərində yoxsulluğun səviyyəsi hələ də yüksəkdir.
Bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ən varlı və ən kasıb əhali arasında gəlirlərdə kəskin disbalans davam edir. Qeyd edilir ki, Ermənistanda ümumi yoxsulluq göstəricisi 23,7 %-dir.
Ölkənin kəndlərində yoxsulluq səviyyəsi şəhərlərə nisbətən xeyli yüksəkdir. Bu, həm ümumi yoxsulluq səviyyəsinə həm də həddindən artıq yoxsulluğa aiddir.
Komitə həddindən artıq yoxsulluq həddi (minimum ərzaq səbəti) ilə yuxarı xətt arasındakı orta göstəricidən istifadə edərək ümumi yoxsulluq səviyyəsini hesablayıb.
Varlıların və kasıbların gəlirləri arasındakı kəskin balanssızlıq yeni deyil. Komitə 2023-cü il üçün bunu yalnız nisbi rəqəmlərlə göstərib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş