Sizin reklam burada
Sizin reklam burada

"Saziş 2024-cü il dekabrın 31-də başa çatır"

"Saziş 2024-cü il dekabrın 31-də başa çatır"
Avropa Komissiyası hazırda həcmi təqribən 15 milyard kubmetr təşkil edən Rusiya qazının Ukrayna ərazisindən tədarükündən tamamilə imtina edilməsi üzərində intensiv işləyir.
Bunu Avropa Komissiyasının nümayəndəsi Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə deyib. O xatırladıb ki, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı saziş 2024-cü il dekabrın 31-də başa çatır və Aİ onu yeniləmək niyyətində deyil.
Diplomatınsözlərinə görə, hazırda Avstriya, Slovakiya, Çexiya Rusiya qazını Ukrayna vasitəsilə almaqda davam edir, İtaliya kiçik həcmdə alır, Ukrayna vasitəsilə tədarükün ümumi həcmi ildə təxminən 15 milyard kubmetr təşkil edir. “Avropa Komissiyası bu ölkələrin lazımi qaz təchizatına malik olmasını təmin etmək üçün onlarla sıx əməkdaşlıq edir. Mən konkret marşrutlar haqqında danışmayacağam, lakin biz bu ölkələrin qazı digər qaz kəmərləri, eləcə də mayeləşdirilmiş təbii qaz vasitəsilə ala bilməsini təmin etməkdən danışırıq” – Makfi bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş