arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"Biz təslim olmuruq"

"Biz təslim olmuruq"
BMT Qara dəniz taxıl təşəbbüsünün gələcəkdə bərpasına ümidini itirmir və bu istiqamətdə işləyir.
Bunu BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Biz təslim olmuruq. Bunu davam etdirmək üçün nə lazım olduğunu anlamaq üçün tərəflərlə iş aparırıq", - F.Haq bildirib.

O, sazişin təkcə diplomatiya baxımından deyil, eləcə də dünyada ərzaq qiymətlərinin aşağı salınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Bu, bütün dünyada insanların rifahına mühüm töhfədir”.

BMT sözçüsü Qara dəniz taxıl təşəbbüsünü qısamüddətli, lakin uğurlu olduğunu əlavə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş