Sizin reklam burada
Sizin reklam burada

"Avropada antisemitizmin artması qeyri-adi səviyyəyə çatıb"

"Avropada antisemitizmin artması qeyri-adi səviyyəyə çatıb"
Avropa Komissiyası AB-də antisemitizmlə bağlı insidentlərin artmasını tənqid edib.
Bu barədə AK-nin saytında yerləşdirilən məlumatda deyilir.

"Son bir neçə gündə Avropada antisemitizm hadisələrinin artması tarixin qaranlıq bir dövrünü xatırladan qeyri-adi səviyyəyə çatıb. Bu gün Avropa yəhudiləri yenidən qorxu içində yaşayır", - məlumatda deyilir.

Qeyd olunur ki, bu yaxınlarda Almaniyada sinaqoqa "Molotov kokteyli" atıblar, Fransada isə evlərin fasadlarına "Davud ulduzları" çəkiblər. Bundan başqa, Avstriyada yəhudi qəbiristanlığı təhqir edilib, İspaniyada yəhudi mağaza və sinaqoqlarına hücum olunub.

Vurğulanır ki, nümayişlər zamanı tez-tez antisemitizmlə bağlı şüarlar eşidilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş