Sizin reklam burada
Sizin reklam burada

"Dəmir Qübbənin effektivlik dərəcəsi 80%-ə düşə bilər"

"Dəmir Qübbənin effektivlik dərəcəsi 80%-ə düşə bilər"
Yaxın Şərqdə münaqişə genişlənərsə, İsrailin ABŞ-ın yardımı ilə hazırladığı yüksək texnologiyalı Dəmir Qübbə müdafiə sistemi raket hücumlarının öhdəsindən gələ bilməyəcək.
Bu barədə “Blumberq”də dərc olunan məqalədə deyilir.

Agentlik qeyd edir ki, münaqişənin daha da gərginləşəcəyi təqdirdə Dəmir Qübbənin effektivlik dərəcəsinin hətta 80%-ə düşməsi vurulmayan raketlərin sayını artıracaq.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Şaan Şeyx agentliyə bildirib ki, Hizbullah indiki münaqişəyə girərsə, Dəmir Qübbənin raket atəşinə tutulması riski yüksəkdir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş