Sizin reklam burada
Sizin reklam burada

"Şəhərə hər ay 10 min miqrant gəlir"

"Şəhərə hər ay 10 min miqrant gəlir"
Nyu-Yorka qeyri-qanuni mühacirlərin axını şəhəri məhv edə bilər, buna görə də miqrasiya böhranını həll etmək üçün hökumətin daha çox səyləri lazımdır.
Bu barədə şəhərin meri Erik Adams bildirib.
“Bu problem Nyu-Yorku məhv edəcək. Şəhərə hər ay 10 min miqrant gəlir. Dünyanın hər yerindən insanlar toplaşaraq ABŞ-ın cənub sərhədini keçməklə Nyu-Yorka gəlirlər”, - deyə mer söyləyib.
O, qeyri-qanuni mühacir axınının qarşısının alınmasında daha çox dəstək üçün hökumətə müraciət etdiyini vurğulayıb və həmçinin vəziyyəti dəyişmək üçün siyasətdə real dəyişikliyin olmasına işarə edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş