Sizin reklam burada
Sizin reklam burada

Si Cinpin yarımkeçirici istehsalına 40 milyard ayıracaq

Si Cinpin yarımkeçirici istehsalına 40 milyard ayıracaq
Çin yarımkeçirici sektoru üçün təxminən 40 milyard dollarlıq investisiya fondu yaratmağa hazırlaşır. Fond dövlət tərəfindən dəstəklənəcək.

Bu barədə “Reuters” agentliyi xəbər verib. Məlumata əsasən, məqsəd bu sahədə rəqib ölkələrdən geri qalmamaqdır.

Bildirilib ki, bu, Çində Sənaye İnvestisiya Fondu tərəfindən yaradılan üç fonddan ən böyüyü olacaq.

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin yarımkeçirici istehsalına üstünlük verərək, bu sahədə özünü təminetmə səviyyəsinə nail olmağın vacibliyini vurğulayıb. Vaşinqtonun son bir neçə il ərzində sözügedən sahədə ixraca nəzarət tədbirləri tətbiq etməsindən sonra bu ehtiyac daha da aktuallaşıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş