
F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi orta müddətli perspektivdə vacibdir.
"Amerikanın Səsi" xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri komandanı Frenk Kendall deyib.
O qeyd edib ki, qırıcılar Rusiyanın Ukraynaya qarşı müharibəsində vəziyyəti kökündən dəyişməyəcək. “F-16-nın tədarükü ukraynalılara malik olmadığı imkanlar yaradacaq, lakin bu, vəziyyəti kökündən dəyişməyəcək” - komandan bildirib.
Kendallım sözlərinə görə, indiyədək hərbi hava qüvvələri müharibədə həlledici amil olmayıb: “F-16-lar ukraynalılara kömək edəcək, lakin onlar balansı əsaslı şəkildə dəyişməyəcək”.
Amerikalı zabit əlavə edib ki, qırıcıların çatdırılması bir neçə ay çəkəcək.
Conflict.az