Sizin reklam burada
Sizin reklam burada

"Starmeri hakimiyyəti nizamlı şəkildə ötürməyə çağırdılar”

"Starmeri hakimiyyəti nizamlı şəkildə ötürməyə çağırdılar”
Böyük Britaniyanın Baş naziri Kir Starmer Leyborist Partiyasının yerli seçkilərdə məğlubiyyətindən sonra istefa verə bilər.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“Kir Starmerin hakimiyyəti zəifləyir, 70-dən çox nazir ondan istefası üçün vaxt təyin etməsini tələb edir.
Deyilənə görə, iki yüksək vəzifəli hökumət rəsmisi, xarici işlər naziri İvet Kuper və daxili işlər naziri Şabana Mahmood Starmeri seçkilərin nəticələri elan edildikdən sonra “hakimiyyətin nizamlı şəkildə ötürülməsini təmin etməyə” çağırıblar”, – deyə bildirilib.
Starmer əvvəllər Leyborist Partiyasının regional seçkilərdəki uğursuzluqlarına baxmayaraq, vəzifəsindən getmək niyyətində olmadığını bildirmişdi.
O, hökumətin bir sıra səhvlərə yol verdiyini etiraf etmiş, lakin növbəti ümumi seçkilərə qədər partiyanın rəhbərliyində qalmaq niyyətində olduğunu vurğulamışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş