Sizin reklam burada
Sizin reklam burada

"Rusiya ikinci aydır ərazi itirir"

"Rusiya ikinci aydır ərazi itirir"
Ukrayna təxminən üç ildən sonra ilk dəfə cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər.
Bu barədə “Ekonomist” nəşri yazıb.
Nəşrin məlumatına görə, Rusiya ordusunda yaz hücumu ilə bağlı heç bir əlamət yoxdur və ardıcıl ikinci aydır ərazi itirir.
“Bu dəyişiklik Ukrayna dronlarının artan effektivliyi ilə əlaqədardır ki, bu da Rusiyanın hücum əməliyyatlarını çətinləşdirir və itki nisbətini dəyişir”, - məqalədə qeyd edilib.
Hərbi ekspert Lorens Fridman nəşrə bildirib ki, bu, müharibədə dönüş nöqtəsi ola bilər. O əlavə edib ki, Rusiya qoşunları nəticə əldə edə bilməsə, müəyyən ərazilərdə vəziyyət pisləşməyə başlaya bilər.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi iddia edir ki, Rusiya ordusu artıq bir neçə aydır ki, müqavilə əsasında cəlb edə biləcəyindən daha çox əsgər itirir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş