Sizin reklam burada
Sizin reklam burada

"Tramp öz tələsinə düşüb"

"Tramp öz tələsinə düşüb"
ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra öz tələsinə düşüb.
Bunu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
O qeyd edib ki, Ağ Ev rəhbəri lazımi siyasi və diplomatik hazırlıq olmadan hərbi kampaniyaya başlayıb.
Onun sözlərinə görə, Tramp son həftələr ərzində özünə “qələbə” elan etməyə imkan verəcək bir razılaşma əldə etməyə çalışırdı, lakin eyni zamanda Barak Obama dövründəki İranın nüvə sazişinə bənzər müqavilənin bağlanmasından ehtiyat edirdi.
Bolton bildirib ki, zərbələr başlamazdan əvvəl ABŞ administrasiyası Amerika cəmiyyətinə niyə güc tətbiqinin İran rejiminin dəyişdirilməsi, nüvə təhdidinin aradan qaldırılması və ya Tehranın hərbi potensialının məhv edilməsi üçün vacib olduğunu izah etməyib.
O həmçinin iddia edib ki, Ağ Ev Konqres, NATO müttəfiqləri, Fars körfəzi ölkələri və Hind-Sakit okean regionundakı tərəfdaşlarla tammiqyaslı məsləhətləşmələr aparmayıb.
Bolton vurğulayıb ki, Vaşinqton öz hərəkətlərini İran müxalifəti ilə də koordinasiya etməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş