
ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama ilə çıxış edib.
Tramp İranı faktiki olaraq kapitulyasiyaya çağırıb.
O bildirib ki, Vaşinqton artıq əvvəlki kimi davranmayacaq: Biz artıq belə oynamırıq. Biz köhnə üsulla hərəkət edirik.
ABŞ prezidenti əlavə edib ki, Tehran “ağ bayraq qaldırmalıdır”: Onlar çox qürurludurlar, bəlkə də ağ bayraq görməyəcəksiniz, amma əslində artıq onlara lazımdır – ağ bayraq, təslim bayrağı qaldırsınlar.
Bundan əvvəl Tramp İranın mümkün atəşkəs pozuntusu ilə bağlı suala da qeyri-müəyyən cavab verib. Onun sözlərinə görə, belə bir hal baş verərsə, bunu özü açıqlayacaq və Tehran “nə etməməli olduğunu yaxşı bilir”.
Conflict.az
