
Böyük Britaniyanın Baş naziri Kir Starmer son dərəcə aşağı şəxsi populyarlığı və toksiklik səbəbindən hakim Leyborist Partiyasının seçki kampaniyasında iştirakını faktiki olaraq dayandırmaq məcburiyyətində qalıb.
Bu barədə "The Daily Telegraph" nəşri mənbələrə istinadən məlumat verib.
Böyük Britaniyada yerli seçki mayın 7-də keçiriləcək. Seçkidə 134 qanunverici orqanda 4 800 yer, eləcə də Uels və Şotlandiya parlamentlərinin tərkibi müəyyənləşəcək.
Nəşrin proqnozuna görə, leyboristlər İngiltərənin şəhər şuralarında 2 000-ə qədər yeri itirə və tarixdə ilk dəfə olaraq Uels parlamenti olan Senedd üzərində nəzarətdən məhrum ola bilərlər.
Nəşr qeyd edir ki, Starmerin toksik obrazı səbəbindən regional siyasətçilər hökumət başçısından uzaq durmağa üstünlük verirlər.
Leyborist Partiyasının yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, Starmeri qeyri-səmimi və ikiüzlü kimi qəbul edirlər. O, həmçinin qeyd edib ki, baş nazirin davamçısı yoxdur.
Bundan əlavə, nəşrin mənbələri vurğulayıblar ki, yerli şuraların bir çox leyborist üzvləri özlərinin seçki dairələrində seçkiqabağı kampaniyada iştirak üçün Starmerin qoşulmasını istəmirlər.
Conflict.az
