
BMT Təhlükəsizlik Şurası mayın 6-da Birləşmiş Ərəb Əmirliklərinə edilən hücumlarla bağlı qapalı məsləhətləşmələr keçirəcək.
Bu barədə "Al Jazeera" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, iclasda BƏƏ ərazisinə edilən son hücumlar müzakirə olunacaq. Digər təfərrüat hələlik açıqlanmayıb.
Xatırladaq ki, mayın 4-də BƏƏ Müdafiə Nazirliyi İran ərazisindən buraxıldığı bildirilən 12 ballistik və 3 qanadlı raketin, həmçinin 4 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bəyan etmişdi. Əl-Fuceyra əmirliyindəki neft obyektinə dron hücumu nəticəsində Hindistan vətəndaşı olan üç nəfər orta dərəcəli xəsarət alıb.
Eyni zamanda, İranın dövlət teleradiosu yüksəkrütbəli hərbi mənbəyə istinadən Tehranın BƏƏ-yə qarşı hər hansı hücum planının olmadığını bildirib.
Conflict.az
