Sizin reklam burada
Sizin reklam burada

"Əhəmiyyətli heç nə yox idi"

"Əhəmiyyətli heç nə yox idi"
ABŞ hərbçilərinin məhv etdiyi İran katerlərinin üzərində hər hansı ağır silah olmayıb.
Bu məlumatı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn mətbuat konfransı zamanı açıqlayıb. Müvafiq sualı cavablandıran general bildirib: "Əhəmiyyətli heç nə yox idi, yalnız atıcı silahlar".
ABŞ-nin hərb naziri Pit Heqset isə öz növbəsində əlavə edib ki, söhbət sadəcə tüfənglərdən və ya kiçik çaplı pulemyotlardan gedir. Onun sözlərinə görə, əməliyyat gedişatında həmçinin quruda yerləşən bir neçə kiçik qanadlı raketin də vurulduğu iddia edilir.
Den Keyn İslam Respublikasının hərbi arsenalında kamikadze delfinlərin olması barədə yayılan şayiələri də təkzib edib. O, jurnalistlərin suallarına belə cavab verib: "Kamikadze delfinlər mövzusu barədə heç vaxt eşitməmişəm".
Pentaqon rəhbəri bununla bağlı əlavə edib ki, Birləşmiş Ştatların döyüş delfinlərinə sahib olub-olmadığını nə təsdiq, nə də təkzib edə bilər. O qeyd edib ki, İranın belə bir vasitəyə malik olmadığını təsdiqləmək mümkündür.

Conflict.az

  • Sosial şəbəkədə paylaş